İman və küfr anlayışlarının əhəmiyyəti

pakistan_islam_g0000000000Həqiqətən həmd (şükür və tərif) yalnız Allaha məxsusdur! Biz Ona şükür və tərif edirik, Onu köməyə çagiririq, Ondan bağışlan­ma və bizi haqq yoluna yönəltməyi diləyirik, nəfs­­lərimizin şərin­dən və pis əməl­­­lərimiz­dən qorunmaq üçün yalnız Ona pənah apa­rı­rıq. Allah kimə hidayət versə o, haqq yolunda olar və kimi də azdırsa onu haqq yo­lu­na yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəri­ki yoxdur və şahidlik edirəm ki, Məhəmməd Onun qulu və elçisi­dir.

«Ey iman gətirmiş kəslər! Allahdan lazımınca qorxun və yalnız müsəlman olduğunuz halda ölün(Ali İmran» surəsi, 102)

«Ey insanlar! Sizi tək bir şəxsdən [Adəmdən] xəlq edən, ondan zövcəsini [Həvvanı] yaradan və onlardan da bir çox kişi və qadın­lar törədən Rəbbi­niz­­dən qorxun! [Adı ilə] bir-birinizdən [cürbə­cür şeylər] istədiyiniz Allahdan, həm­­­­­­­­­çinin qohumluq əlaqələrini kəs­məkdən qorxun! Şübhəsiz ki, Allah si­zin üzərinizdə nəzarətçi­dir(ən-Nisa» surəsi, 1)

«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! [Əgər belə et­sə­­niz] Allah əməllərinizi islah edər və günah­larınızı bağışlayar. Hər kəs Allaha və Onun elçisinə itaət etsə, böyük bir səadətə nail olar» (əl-Əhzab» surəsi, 70-71)

Əhli-Sünnətə görə əsas etiqad məsələləri

Müxtəlif firqələrin üzərində ixtilaf etdikləri digər mövzularla bərabər iman altı rükununu əhatə edir. Bunların ilki olan Allaha imandır.

Bu mövzu «tövhidin elmi» olaraq adlanır və iki növdür:

a. Rububiyyət Tövhidi (Tauhidul-Marifə və’l İsbat)

Allah Təalanı zatında, fellərində, adlarında və sifətlərində birləməkdir. Bəzən isim və sifətlərin tövhidi ayrı bir bölüm olaraq incələnir və beləliklə Rububiyyət Tövhidi sadəcə Allahın zatının və fellərinin tövhidi ilə məhdudlaşir.

Bu bölmə yalnızca, Allahın isim, sifət və felləri ilə əlaqədar mövzuları incələməyi, Əhli-Sünnətin bu mövzudakı məzhəbini tanımağı, bidətçilərin bu mövzudakı sözlərini təkzib etmək üçün yazılan rəddiyələri tərkibinə alır.

b. Uluhiyyət Tövhidi (Tauhidul-Qasd və’t-Taləb)

Bunun mənası, ibadəti yalnız Allaha xas qılmaqla Onu birləməkdir. Bu isə «Lə iləhə illəllah«ın mənasıdır.

Bu bölmə, ibadətin mənasını, şəhadətin sihhətinin (sağlamlığının) şərtlərini, tağutun mənasını, küfr və şirkin qismlərini və tövhidi aradan qaldıran şeyləri incələyir.

İman və Küfr mövzularının vacibliyi: İman və küfr mövzularının bütün din mövzularının ən vacibləri olduğunu söyləyərsək mübaliğə etmiş olmarıq, çünki bu, mövzu ilə əlaqədar dünyəvi və uxrəvi (axirət) hökmlərin çoxluğu səbəbilədir. Necə ki, Allah bu barədə buyurur:

«Yoxsa dünyada pis əməllər edənlər (axirətdə) onları iman gətirib yaxşi işlər görənlərlə bir tutacağımızı, onların həyatlarının və ölümlərinin eyni olacağını güman edirlər?! Onlar nə pis mühakimə yürüdürlər! (əl-Casiyə,21)

Axirətdə varlıqların sonunun cənnət və cəhənnəm olması, iman və küfr ilə bağlıdır. Dünyada isə bu məsələ ilə hökmlər çoxdur. Bunların bəzilərini belə sadalaya bilərik: - Şəri Siyasətlə əlaqədar işlərdə

Yəni, hər hansı bir ölkədə idarəçilər və mövcud idarə sisteminin vəziyyəti ilə əlaqədar mövzularda. Çünki bunlarla əlaqəli iman və küfr hökmləri, müsəlmanların sadəcə bir qisminin deyil, çoxunun üzərindəki təsiri səbəbi ilə son dərəcə vacibdir. Çünki Allah müsəlman hökmdara itaət və dəstəyi müsəlmanlara vacib buyurmuş, bunun əksinə kafir hökmdara itaət və dəstəyi haram etmişdir. Bu səbəblə alimlər belə buyurmuşlar: «Hakim olan idarəçinin vəziyyətini bilmək hər müsəlmana vacibdir.» (Əl-Mustasfa, Əbu Həmid əl-Ğazali: 2/39)

Qanun və hökmlərdə Allaha şərik qoşmaq haqqında münasib ayələr belə səslənir: » Yoxsa Allahın dində izin vermədiyi bir şeyi onlar üçün qanuni edən şərikləri vardır?» (əs-Şura, 21)

«Onlar hahamlarını və rahiblərini Allahdan başqa rəbblər olaraq qəbul etdilər.» (Tövbə, 31)

Müfəssirlər bu ayədəki rububiyyət qavramının Allahdan kənar hökm vermək anlamında olduğunda ixtilaf etməyiblər.

Bu məsələ ilə əlaqəli fətvalarda sözü keçən idarəçilərin hakimiyyətə gəlməkləri üçün və ya hakimiyyətdə davam etməkləri üçün onlara beyət etmək haramdır. Çünki bu beyətlə küfrün davamı istənilir. Kim belə bir şey istəyərsə küfrə düşmüşdür. (əl-Furuq, Qarafi: 4/118)

Allah buyurur: «Küfr edənlər Tağut yolunda vuruşurlar.» (ən-Nisa, 76) Tağutun lüğəvi mənada həddini aşan, tuğyan edən anlamına gəldiyi bilinməlidir. Şəri bir anlamda isə bu kəlimə ilə Allahın dininə zidd olan nizam, sistem və məbudlardır. Şeyx Muhamməd Həmid əl-Faki, Tağut barədə deyir: «Sələfin, radiyallahu anhum, sözlərindən yekun olaraq tağutu belə müəyyən edə bilərik: «Qulu Allaha ibadətdən, dini və itaəti yalnız Allaha və Rasuluna xas qılmaqdan döndərən və maneə olan hər şeydir. Bu, cinlərdən olan şeytan da ola bilər, insanlardan olan şeytan da ola bilər; ağaclar, daşlar və digər şeylər də ola bilər. Şübhəsiz, buna qanlar, mallar və irzlər barəsində insanların qoyduqları, İslama və İslam Şəriətinə uyğun olmayan qanunlarla hökm etmək də daxildir. Bu yolla həddlərin iqaməsi, faizin, zinanın, şərabın halal edilməsi kimi Allahın Şəriətindən olan şeylər etibarsız olur və insanların qoyduqları bu qanunlar, öz idarə gücləri və onları tətbiq edənlərin vəzifələri ilə qüvvəyə minərək mühafizə olunur. Beləliklə, qanunların özü bir-başa tağutdur, bu qanunları qoyanlar və təbliğatını aparanlar tağutdurlar, istər qəsdən, istərsə də qəsdsiz Rasulullahın gətirdiyi haqqa tabe olmaqdan insanları çəkindirmək üçün insan ağlının icad etdiyi hər cür yazılı mətn və buna bənzər şeylərin hamısı tağutdur.» (Fəthu’l-Məcid Şərhu Kitabi’t-Təvhid, 287)

Allah Təala buyurur: «Tağutun qarşisında mühakimə olunmaq istəyərlər.» (Nisa, 60) Allahdan başqa hökm üçün baş vurulan hər şey tağutdur və bu hökmə girər.

İndi isə iman və küfr mövzuları ilə əlaqədar dünyəvi hökmlərdən qeyd edək:

1. Vəlayət ilə əlaqədar bəzi hökmlər

Kafirin möminə vəlayəti bir çox tərəfdən batildir. Müsəlmanlara vəli, hakim və yaxud qazi olması caiz deyil. Eləcə də bir kafir namazda imam ola bilməz, çünki kafirin namazı batildir.

Onun halını bilərək arxasında namaz qılanın namazı isə səhih deyildir. Kafir müsəlmanın malı üzərində məsuliyyət sahibi ola bilməz. Yetim bir uşaq onun vəlayətinə verilməz.

2. Nikah ilə əlaqəli hökmlər

Kafirin müsəlman bir qadınla nikahlanması haramdır, müsəlman bir qadının nikahında ona vəli də ola bilməz. Əgər müsəlman ikən müsəlman qadınla nikahlanıb sonradan mürtəd olarsa nikah fasit (batil) olur. Və əri ilə nikahlarını davam edərsə zina sayılır.

3. Mirasla əlaqəli bəzi hökmlər.

Din fərqi miras qoymağa və ya almağa bir maneədir. Lakin İbn Teymiyyə bu məsələdə müsəlmanın kafir qohumundan miras almağını caiz saymışdır, və İbnul-Qayyim də bu rəyində ona tabe olmuşdur. İbnu’l-Qayyim «Əhkamu Əhli’z-Zimmə» adlı kitabı 2/462 və sonrasında bu rəyi zikr edərək müdafiə etmişdir. Və onlardan sonra gələn bəzi alimlər də bu rəyi mənimsəmişlər. Bu məsələdə alimlər İbn Teymiyyənin məsləhətə uyğun olaraq bu fətvanı verdiyini söyləmişlər. Lakin onların səhabədən bəzilərindən dəlil gətirərək caiz saydıqları bu fikir peyğəmbərimizdən, səllallahu aleyhi və səlləm, varid olmuş səhih, salim və sarih nəsslərə (mövcud nəqllərə, mətnlərə, yəni Quran və hədis) ziddir və bu səbəblə də xətadır.

4. Qan və malın qorunulması ilə əlaqədar hökmlər.

Qan və malın təhlükəsizlik altında olması ya iman, ya da aman ilə əlaqəlidir. İmandan məqsəd zahiri davranışları ilə müəyyən edilən hökmü islamdır.

Aman isə iki cürdür: Müəyyən bir vaxt ilə qeydli bir aman. Bu, aman istəyib daru’l-İslamda daim qalması üçün yox, sadəcə buraya girməsi üçün izn verilənlər üçündür. (viza sistemi) Daim olan aman isə: zimmət əhdinin şərtlərinə bağlı qalmaq qeydi ilə, daru’l-islamda daim qalan bir zimmi (başqa dinə mənsub olub islam ölkəsində yaşayanlar) üçündür. Amanın bu hər iki növü də sadəcə əsli (heç müsəlman olmamış) kafir üçündür. Mürtəd üçün isə heç bir şəkildə aman yoxdur. Əgər kimsə dini bilinməyən bir şəxsi qəsdən öldürərsə, sonra da öldürülənin qanı və malı təhlükəsizlik altında olmayan bir kafir ya da mürtəd olduğu aydınlaşarsa qatil üçün nə qisas, nə də diyət gərəkli deyil. Bu dünyəvi hökmdə belədir. Ancaq din tərəfdən məqtulun (öldürülənin) müsəlman olma ehtimalı olduğu halda qəsdən öldürməsi səbəbi ilə günahkar olub olmama barəsində ixtilaf vardır. Lakin əgər xəta ilə öldürmüşsə nə diyət, nə də kəffarət lazım deyil.

5. Cənazə ilə əlaqəli hökmlərdən bəziləri

Kafir, və yaxud mürtəd yuyulmaz, namazı qılınmaz, müsəlmanların yanında dəfn edilməz. Bir müsəlmana hər nə qədər kafirin cənazəsinin arxasınca getməsi caizdirsə də, basdırılma zamanı qəbrin başinda durması və ya ona bağışlanma diləməsi caiz deyildir. Bəraətin tələbi budur.

Çünki Allah Təala buyurur: «Onlardan ölən heç bir kəsə heç vaxt namaz qılma, qəbrinin başinda durma. Çünki onlar Allahı, Onun Peyğəmbərini dandılar və fasiq olaraq öldülər.» (Tövbə, 84)

«Müşriklərin cəhənnəmlik olduqları bəlli olduqdan sonra onlarla qohum olsalar belə, Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz!» (Tövbə, 113)

6. Dostluq və düşmənlik (Vəla və Bəra) ilə əlaqəli bəzi hökmlər

Mömin biri ilə imanı miqdarında dostluq etmək vacibdir. Kafir ilə isə dostluq etmək haram, ona bəraət (düşmənlik) etmək vacibdir. Müsəlmanlara zərər verəcək bir məsələdə kafirə kömək etmək olmaz. Hətta kafir müsəlmanlarla anlaşma içində və yaxud zimmi olarsa zülm etmədən onun hərəkət dairəsini məhdud tutmaq lazımdır.

7. Hicrət ilə əlaqəli hökmlər

Bunlar da iman və küfr ilə əlaqəlidir. Möminin dinini kafirlərin fitnələrindən qurtarmaq üçün, onların topluluğunun sayını artırmamaq və hər hansı bir müsəlmana qarşi onlara kömək etməmək üçün imkanı olduğu təqdirdə kafirlərin arasından ayrılaraq hicrət etmək vacibdir.

8. Cihad ilə əlaqəli hökmlər

Buna bağlı olaraq əsirlərlə münasibət, qənimətlər, fəy, cizyə və xərac ilə əlaqəli hökmlərin hamısı iman və küfr ilə əlaqəlidir.

9. Diyar ilə əlaqəli hökmlər

Bir müsəlmanın daru’l-küfrə getməyı, yalnız ehtiyac halında caizdir. Belə bir yerdə iqamət yalnız zərurət səbəbi ilə caiz olur. Kafirin daru’l-islama girməsi sadəcə anlaşma ilə, və orada iqamət etməsi isə yalnız cizyə ödəmək yolu ilə caiz ola bilər. Bir də, kafirlərin iqamət etməsinin caiz olmadığı bir bölgə də vardır ki, bura Ərəb yarımadasıdır. Və kafirlərin hətta daxil olmaqlarının haram olduğu bölgələr vardır ki, bura «Haram» zonasıdır.

10. Yarğı və mühakimə ilə əlaqəli hökmlər

Kafirin müsəlman üçün şahidliyi qətiyyən keçərli deyil. Onun müsəlmanlar üçün qazilik etməsi isə əvvəldə qeyd etdiyimiz kimi qəbul olunmazdır.

Ümumiyyətlə bu mövzu ilə əlaqədar hökmlər çoxdur: kafirlərin istifadə etdikləri qabların hökmləri, kəsdiklərinin hökmləri, kafirlərlə alış-veriş, kiralama kimi mal əlaqələri ilə bağlı hökmlər.

Allah Təala yaratdıqlarını iki qrupa bölmüş və belə buyurmuşdur: «Sizi yaradan Odur. Kiminiz kafirsiniz, kiminiz mömin…» (ət-Təgabun,2)

Allah bu iki qrupu nə bu dünyada, nə də Axirətdə bərabər tutmamışdır. «Məgər Biz müsəlmanları kafirlərlə eynimi tutacağıq?! Sizə nə olub, necə mühakimə yürüdürsünüz?» (əl-Qaləm, 35-36)

«Məgər mömin kimsə ilə fasiq eynidirmi?! Əlbəttə, onlar eyni ola bilməzlər!» (əs-Səcdə,18)

Cəhənnəm əhli ilə cənnət əhli eyni ola bilməz. Cənnət əhli nicat tapıb səadətə qovuşanlardır! (əl-Həsr, 20)

Onları bərabər tutmaq çirkin bir işdir, Allahın Şəriətinə müxalifdir. Məhz bu çirkin iş bəsəri və cahili qanunlarla ölkələrimizdə qanunlaşdırılmışdır. Bu vəziyyətdən faydalananlar isə yalnız kafirlərdir.

Bu dövr müsəlmanların zilləti dövrüdür. Bu barədə Peyğəmbər, səllallahu aleyhi və səlləm, bu vəziyyətə diqqət çəkmisdir. İbn Ömər’dən ƏhmədƏbu Davud’un rəvayət etdikləri bir hədisdə Allahın elçisi, səllallahu aleyhi və səlləm, buyurur: » Faizlə alış-veriş etdiyiniz zaman, öküzlərin arxasınca düşüb əkib-biçməklə kifayətləndiyiniz zaman və cihadı tərk etdiyiniz zaman Allah sizə elə bir zillət verəcək ki, dininizə dönənə qədər bu zilləti üstünüzdən qaldırmaz.»

İbn teymiyyə bu mövzu barədə buyurur: «Bil ki, təkfir (kafir hökmü vermək) və təfsiq (fasiq hökmü vermək) bəhsləri, «isimlər və hökmlər» ilə əlaqəli bəhslərdir. Axirətdə qarşilaşilacaq müjdə (vəd) və təhdit (vaid) mövzuları bunlarla əlaqəlidir. Dünyadakı dostluq və düşmənçilik , müharibə, can və malın qorunması və başqa mövzular da bununla əlaqəlidir. Allah Subhənəhu cənnəti möminlərə vacib, kafirlərə haram qılmışdır. Bunlar hər zaman və hər məkanda etibarlı olan külli hökmlərdəndir.» (Məcmuə’l-Fətava: 12\468)

Bir başqa yerdə belə buyurur: «İmanı tanımaqda edilən xəta, başqa bir tanımada edilən xətaya bənzəməz. Çünki dünya və Axirətlə əlaqəli hökmlər iman, islam, küfr və nifaqın tanınması ilə əlaqəlidir.» (Məcmuə’l-Fətava: 7/395)

Yenə bu barədə belə deyir: » İman və küfr qavramlarından başqa özü ilə səadət və şəqavət, mədh və zəm (pisləmək), savab və cəzanın bu dərəcədə əlaqəli olduğu başqa bir qavram yoxdur. Bu səbəblə bunlar fundamental mövzulardır, «İsimlər(qavramlar) və hökmlərlə əlaqəli mövzular» olaraq adlandırılmışdır.» (Məcmuə’l-Fətava, 13/57)

İbn Racəb əl-Hənbəli belə deyir: «Bu məsələlər, yəni iman, islam, küfr və nifaq mövzuları böyük əhəmiyyətə sahib olan mövzulardır. Allah Azzə və Cəllə, səadət və şəqavəti, cənnət ya da cəhənnəmi qazanmağı bu qavramlara bağlamışdır. Bu qavramlarla əlaqəli ixtilaf, bu ümmətin düşdüyü ilk ixtilafdır» (Camiu’l-Ulumi və’l-Hikəm:s:27)

İbnu’l-Qayyim «sədd-i zəria» (şər və fəsad yolunu bağlamaq) ilə əlaqədar olaraq şəriətin gətirdiyi hökmlərdən bəhs edərək bu misalları verir:»Əhli-Zimmətə qoşulan şərtlər, onları müsəlmanlardan ayırd etmək yönümlü şeyləri əhatə edir. Bunlar geyimdə, saç şəklində, minikdə və digər şeylərdədir.» (İ’lamul-Muvakkiin: 3/157)

Milleti Ibrahim

Один ответ

  1. ассаламу алейкум. это тот же материал на русском языке
    перевод остальных частей книги на русский еще не закончен..по мере перевода главы будут публиковаться
    эта книга полностью переведена на азербайджанский издательством аль-акса..

    http://www.milleti-ibrahim.com/ru/2009-11-08-10-21-20/2009-11-08-11-28-46/80–2-.html

Ответить